İş yerini səngərə dəyişən neftçilərimizin Qarabağ uğrunda fədakarlığı – VİDEObackend

İş yerini səngərə dəyişən neftçilərimizin Qarabağ uğrunda fədakarlığı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Neft Şirkəti (SOCAR) ​8 noyabr – Zəfər Günü şərəfinə video-çarx hazırlayıb.

NOCOMMENT.az-ın məlumatına görə, videoçarxda Azərbaycan neftçilərinin Vətən müharibəsində iştirakı və onların qələbənin əldə edilməsinə töhfələri ifadə olunub.

Həm düşmənlə üzbəüz, həm də arxa cəbhədə döyüşən yüzlərlə neftçimiz əmək məqamını səngərlərə dəyişərək könüllü olaraq Vətən müharibəsində iştirak ediblər.

Neftçilərimiz uzun illər ərzində hər iki cəbhədə qəhrəman idilər. Dənizin dibindən və yerin təkindən qara qızıl çıxaran, əzmkarlığı və gərgin əməyi ilə ölkəmizin gücünə güc qatan neftçilərimizin hər bir addımı Qarabağ uğrunda atılırdı.

27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan zaman SOCAR-ın yüzlərlə əməkdaşı silaha sarılaraq ön cəbhəyə yollanıb və cəbhədə silahdaş olublar.

Müharibə zamanı SOCAR-ın bütün kollektivi səfərbər idi. Arxa cəbhədə çalışan neftçilər də vətən üçün heç nəyi əsirgəməyiblər.

Qeyd edək ki, SOCAR-ın altı neftçisi vətən uğrunda gedən mübarizədə şəhid olub. Onlar canlarını vətənin bütövlüyü uğrunda fəda edərək neftçi adını şəhidlik zirvəsinə ucaldıblar.