İsa Məlikov vəzifəsindən getdi: Yerinə təyinat varbackend

İsa Məlikov vəzifəsindən getdi: Yerinə təyinat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov vəzifəsindən ayrılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat paylaşıb.

O bildirib ki, artıq bir neçə ildir üzərində çalışdığı layihələrin reallaşmasına vaxt ayıracaq: “İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən qafqazinfo-ya bildirilib ki, sözügedən vəzifəyə İTV Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.

Qeyd edək ki, bu il müsabiqə Ukrayna adından Böyük Britaniyada keçiriləcək.