İsa peyğəmbərlə qovuşmaq üçün ölənlərin sayı artdıbackend

İsa peyğəmbərlə qovuşmaq üçün ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyanın Malindi qəsəbəsində “Hz. İsa ilə görüşəcəyi vədi” verilən və ölüm orucunda həyatını itirənlərin sayının 109-a yüksəldiyi bildirilib.

NOCOMMENT xəbər verir ki, Keniya polisindən verilən açıqlamada, Malindidəki Xoş Xəbər Beynəlxalq Kilsəsi yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 109-a çatdığı paylaşılıb.

Açıqlamada 5-i uşaq olmaqla daha 11 nəfərin cəsədinin tapıldığı qeyd edilib. Keniya Qızıl Xaç Cəmiyyəti 112 nəfərin itkin düşdüyünü təxmin edir.

Keşiş Ezekiel Odero dünən saxlanılıb və Kilifedəki Yeni Həyat Dua Mərkəzi və Kilsəsində ölüm ittihamı ilə onun kilsəsi bağlanıb.

Televiziyada missioner olduğu bildirilən və ictimaiyyət arasında çox məşhur olan Oderonun “Aclıq təriqəti” və ya “Malindi təriqəti” kimi tanınan təriqətin lideri Paul Mackenzie Nthenge ilə əlaqəsi olub-olmadığı bilinmir. Milli mətbuatda çıxan xəbərlərdə bildirilib ki, o, onlara İsa ilə görüşməyə söz verib.

Polis Şakahola bölgəsində meşəlik ərazidə axtarışları davam etdirir.