“30 ay davamlı olaraq bir işdə çalışan şəxslər işdən çıxdıqdan sonra onlara işsizlikdən sığorta haqqında qanunla konpensasiya düşür. Həm işə götürən, həm də sığortalı işçidən 0,5 faiz əməkaqqından tutulma olur”.
NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “İş vaxtı” verilişində qonaq olan sığorta eksperti İlkin İbrahimov bildirib.
O əlavə edib ki, əgər işsiz işdən ixtisar olunubsa, onun 24 ay bir yerdə işləməsi yetərlidir: “Həmçinin işçinin bağladığı müqavilə bitirsə, onda minimum əməkhaqqı ilə bağlı Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir”.
Qeyd edək ki, son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.