İşdən çıxarılan icra başçısını o əvəz edəcəkbackend

İşdən çıxarılan icra başçısını o əvəz edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.

NOCOMMENT.az Report-a istinadla xəbər verir ki, üç il öncə başçının müavini təyin olunan V.Məmmədov, həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb.