İranın şimalında yerləşən İsfahan şəhəri atəşə məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, zərbələr İran Müdafiə Nazirliyinə məxsus lazer və optik avadanlıq istehsal edən müəssisələrə endirilib.
Bildirilir ki, hücumlar əsasən hərbi təyinatlı texnologiyaların istehsal olunduğu obyektləri hədəf alıb.
Hadisə nəticəsində dağıntıların miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. İran rəsmiləri məsələ ilə bağlı əlavə açıqlama verməyiblər.
Aliyə
NOCOMMENT.az












