İşğal qıtlığı: mağazalar bağlıdır, rəflər boşdur, benzin yoxdur – FOTObackend

İşğal qıtlığı: mağazalar bağlıdır, rəflər boşdur, benzin yoxdur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın qaynar münaqişə nöqtələrindən ən uzaqda yerləşən qərbdəki Lvov şəhəri də müharibəni “hiss etməy”ə başlayıb.

NOCOMMENT.az –ın məlumatına görə, Lvovun tarixi meydanlarında qum torbaları və barrikadalar qurulub.
Saat 22:00-06:00 arasında komendant saatı elan edilən Lvovda mağaza rəfləri boşalmağa başlayıb.
Satıcılar deyirlər ki, onları ən çox narahat edən məsələ ərzaq məhsullarının azalmasıdır.
Mağazalar bağlıdır, rəflər boşdur, qaz yoxdur
SON ƏRZAQ MƏHSULLARI CƏBHƏYƏ GÖNDƏRİLİR
Müharibə ilə əlaqədar Ukraynada spirtli içkilər satılmır. Lvovdakı vağzal və avtovağzallarda yaradılmış humanitar yardım məntəqələrində məhsullar cəbhəyə göndərilir.
Lvov meri Andriy Sadovyi də xalqı humanitar yardım materiallarını toplamaq, daşımaq və Lvovun müəyyən nöqtələrinə çatdırmağa çağırıb.
BENZİN TAPILMIR.
Lvovda bir çox yanacaqdoldurma məntəqələrində yanacaq tükənib, bəzilərində isə hər avtomobilə 5 litr benzin verilir.
TİCARƏT MƏRKƏZLƏRİNDƏ BİR ÇOX MAĞAZALAR BAĞLIDIR.
Şəhərdə insanların davamlı olaraq üz tutduqları ticarət mərkəzlərindəki brend mağazalar, əsasən də xarici mağazalar açılmır. Təkcə geyimdə deyil, aksesuar, qida və içki kimi sektorlarda da dünyaca məşhur brendlər müharibəyə görə mağazalarını açmır.
Bakupost