İşğalçıların hücumlarında artım müşahidə olunur – Zelenskibackend

İşğalçıların hücumlarında artım müşahidə olunur – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində davam edən müharibə çərçivəsində Rusiya ordusunun Ukraynanın şərqinə hücumlarının artdığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” hesabından paylaşdığı gündəlik video mesajında ​​məlumat verib.

Rusiyanın təxminən bir il əvvəl fevralın 24-də ölkəsinə qarşı müharibəyə başladığını qeyd edən Zelenski Ukrayna ordusunun ölkəni qorumağa davam etdiyini bildirib.

Ölkəsinin şərq cəbhəsində Rusiya qüvvələrinin hərəkətliliyinin gücləndiyini qeyd edən Zelenski, “Ölkəmizin şərq cəbhəsində işğalçıların hücum hərəkətlərində müəyyən artım var. Vəziyyət getdikcə çətinləşir. ” ifadələrini səsləndirib.

NOCOMMENT.az