İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaqbackend

İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal olunmuş əraziləri tam azad edildikdən sonra orada bank şəbəkəsi qurulacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında məlumat verib.

“Fəxr hissi ilə demək istəyirəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu 180-dən artıq yaşayış məntəqəsini işğaldan azad edib. İnanırıq ki, qəhrəman ordumuz işğalda olan bütün torpaqlarımızı azad edəcək. Azad edilən ərazilərin iqtisadiyyatımıza müsbət təsiri olacaq”, – deyə o qeyd edib.