İşğaldan azad olunmuş ərazilərə turlar təşkil olunacaq – VİDEObackend

İşğaldan azad olunmuş ərazilərə turlar təşkil olunacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş torpaqları görmək istəyənlər üçün turlar təşkil olunacaq.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Turizm Agentliyin mətbuat katibi Kənan Quluzadə bildirib ki, Qarabağın turizm potensialı çox zəngindir.

İlk növbədə təhlükəsizlik məsələsi təmin edildikdən sonra ziyarət turları olacaq, müxtəlif marşrutlar tətbiq ediləcək.

Kənan Quluzadə bildirib ki, artıq Qarabağ üzrə bələdçilərin hazırlığı başlayıb.

Gələcəkdə xarici turistlər Qarabağa cəlb olunacaq. Əsas məqsəd isə Qarabağı Azərbaycan torpağı kimi xarici turistlər arasında təbliğ etməkdir. Bu halda Qarabağı qeyri-qanuni ziyarət etməkdən çəkinən turistlər də bura üz tuta biləcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Konkret.az