KoronaVirus İnformasiya Portalı
İşğaldan azad olunmuş Hadrut qəsəbəsi – Tarixi FAKTLARbackend

İşğaldan azad olunmuş Hadrut qəsəbəsi – Tarixi FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Ordusu Hadrut qəsəbəsini və 8 kəndi işğaldan azad edib. Hərbi cəhətdən mühüm strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsi Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonuna daxildir.

NOCOMMENT.az saytı Hadrut qəsəbəsinin tarixi haqqında məlumatı təqdim edir.

Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 9 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib.

Qəsəbənin adı İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, “iki çayın arası” mənasındadır. Qəsəbənin adı fars dilində “hədi dü rud”, yəni “iki çay arası” mənasına gəlir.

Vikipediya-nın məlumatına görə, Hadrut qəsəbəsinin 1939-cu ilədək adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə isə qəsəbənin adı Ağoğlan kimi qeydə alınıb.

10 sentyabr 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.
modern.az