İşiba ölkəsinin dörd Kuril adasına iddialı olduğunu təsdiqləyibbackend

İşiba ölkəsinin dörd Kuril adasına iddialı olduğunu təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökumətinin başçısı Şiqeru İşiba bildirib ki, Rusiya ilə sülh sazişinin bağlanması üzrə danışıqlar zamanı Kuril silsiləsinin cənub hissəsində yerləşən 4 adanın mülkiyyət hüququ məsələsi müzakirə olunur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gazeta.Ru məlumat yayıb.

Müxalifətdə olan Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda baş nazirdən Rusiya Federasiyası ilə sülh müqaviləsinin bağlanması ilə bağlı mübahisələr kontekstində neçə adadan danışıldığını dəqiqləşdirməyi xahiş edib.

“Rusiya ilə sülh müqaviləsi üzrə danışıqların mövzusu dörd adaya sahiblik problemidir. Bu, ölkəmizin mövqeyidir. <…> Rusiyanın Ukraynaya hücumu səbəbindən Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin hökumət şimal ərazilərinin problemini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiq qalır”, – İşiba bildirib.