İŞİD-dən qurtulan azərbaycanlı uşaqlar – VİDEObackend

İŞİD-dən qurtulan azərbaycanlı uşaqlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Azərbaycan hökuməti ailələri İŞİD-ə qoşulan, ataları öldükdən sonra düşərgələrdə əsir qalan uşaqları ölkəmizə gətirdi. Onların bir qismi İraqdan, bir qismi Suriyadan gətirilib. Hazırda onların reabilitasiyası aparılır.

NOCOMMENT xəbər verir ki, İTV əməkdaşları həmin reabilitasiya mərkəzində olub.

Valideynlərinin yanlışları üzündən ömürlük travma alan uşaqlar oradakı həyat tərzindən danışıblar. Uşaqlar orada ölümün adi hal olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, qiymətlər çox baha olduğu üçün, azərbaycandakı qohumlarından pul yardımı da alıblar.

Bu yaşda həyatın hər üzünü görən uşaqlar PKK terrorçularının onlarla pis davrandıqlarını, uşaqları günlərlə ac-susuz tualetdə saxladıqlarını və onlara verilən digər əzab-əziyyətlərdən də söz açıblar.

“Atam Türkiyə demişdi, Suriyaya getdiyimizi bilmirdik”, – deyə onlardan biri bildirib.

Ətraflı videonu təqdim edirik: