İŞİD əməliyyatında 12 şübhəli tutulubbackend

İŞİD əməliyyatında 12 şübhəli tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda yerləşən 3 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 12 şübhəli saxlanılıb.

NOCOMMENT xəbər verir ki, Terrorla Mübarizə Şöbə Müdirliyinin qrupları terror təşkilatı İŞİD-in fəaliyyətinin deşifrə edilməsi istiqamətində iş aparıb.

Araşdırmalar zamanı terror təşkilatı adından fəaliyyətlər həyata keçirən 12 nəfər texniki və fiziki olaraq təqibə alınıb. İstanbul mərkəzli 3 şəhərdə təyin olunan ünvanlara eyni vaxtda basqın edən polis 12 şübhəlini yaxaladı. Şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıb.