İşindən qovuldu, 109 milyon avro qazandıbackend

İşindən qovuldu, 109 milyon avro qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl işdən çıxarılan qadının oynadığı lotereyadan 109,3 milyon avroluq cekpot qazanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Fransada baş verib.

Şəxsiyyətinin açıqlanmasını istəməyən və 50 yaşında olduğu deyilən qadın biletini yoxlayanda lotereyadan udduğunu anlayıb.

Əvvəlcə mükafatın nə qədər olduğunu bilməyən şanslı qalib internetdə apardığı araşdırmada ümumi məbləğin 109 268 140 avro olduğunu öyrənib.

Şanslı qadın iş stresindən uzaqlaşacağını, qazandığı pulla vəqf fəaliyyətlərinə qatılacağını, arzuladığı evi alacağını bildirib.