İşıqforsuz kəsişmədə zəncirvari qəza: Hadisənin təfərrüatı – VİDEObackend

İşıqforsuz kəsişmədə zəncirvari qəza – Hadisənin təfərrüatı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıxanov qəsəbəsində Nazim İsmayılov ilə Şamil Kamilov küçəsinin kəsişməsində yol qəzası olub.

NOCOMMENT.az xəbər verir ki, qəza “”Hyundai”, BMW və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib ki, hadisə oktyabrın 22-si, saat 21:50-də qeydə alınıb:

“Namiq İlqar oğlu Ömərovun idarə etdiyi “Hyundai” markalı 99-KU-354 dövlət nömrə nişanlı avtomobillə Fuad Fazilxan oğlu Yunisovun idarə etdiyi “Ford” markalı 99-DQ-719 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “Ford” markalı avtomobil yol kənarında duran 99-XG-995 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü xəsarət alıb, avtomobillərə ziyan dəyib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə T.Nəsirli bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verməsinə səbəb ərazidə işıqforun olmamasıdır.