“İslami Cihad”ın səhra komandiri öldürülübbackend

“İslami Cihad”ın səhra komandiri öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədinə endirdiyi zərbə nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının üzvü Faris Qasim öldürülüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Faris Qasim “İslami Cihad”ın Livan və Suriyada əməliyyat planlarının hazırlanması üzrə məsul şəxs olub və fələstinli döyüşçülərin “Hizbullah” sıralarına cəlb edilməsində mühüm rol oynayıb.