İslamiadada növbəti qızıl medalbackend

İslamiadada növbəti qızıl medal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.

NOCOMMENT.az xəbər verir ki, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırım üzərində qələbə qazanıb. Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) isə bürünc medal əldə edib.

Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.