İslandiyada fövqəladə vəziyyət elan edildibackend

İslandiyada fövqəladə vəziyyət elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiya minlərlə zəlzələ ilə sarsıldı, fövqəladə vəziyyət elan edildi.

NOCOMMENT xəbər verir ki, İslandiyanın Qrindavik şəhərində son 48 saatda baş verən 2328 zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib. İslandiya rəsmilərinin sözlərinə görə, vulkanın püskürməsi qaçılmaz görünür.

Ölkənin cənub-qərbində yerləşən Reykjanes yarımadasında güclü zəlzələlər baş verir və vulkan püskürməsi təhlükəsi Qrindavik şəhərində yaşayan minlərlə insanın həyatını təhlükə altına qoyur. Buna görə də səlahiyyətlilər ehtiyat tədbiri olaraq cənub-qərbdəki Qrindavik şəhərinin minlərlə sakininin təxliyə edilməsini əmr edib. Təxminən 4000 nəfərin yaşadığı qəsəbəyə gedən bütün yollar nəqliyyatın girib-çıxmasına imkan vermək üçün fövqəladə hallar istisna olmaqla bağlanıb.