İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı QƏRARbackend

İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Apellyasiya Məhkəməsində Bakıda oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və tanışı Baxşəli Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.   

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlahə Əlipaşayeva 6 il və Baxşəli Ağayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Bakıda evlərdən birində dayə işləyən İlahə Əlipaşayeva ailənin imkanlı olduğunu görüb və tanışı Baxşəli Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb.\\Pravda.az