İşlənmiş, yoxsa təzə təkər? – Ekspertdən AÇIQLAMAbackend

İşlənmiş, yoxsa təzə təkər? – Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 15 il ərzində Azərbaycanda ikinci əl təkərlərdən daha çox istifadə edilir. Bunun əsas səbəblərindən biri xarici ölkələrdən Azərbaycana gətirilən işlənmiş təkərlərin bazarlara daxil olmasıdır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı NOCOMMENT-ə açıqlamasında bildirib ki, ölkə ərazisində ikinci əl təkərlərə tələbat olduğu üçün bu təkərlərin sayında artım müşahidə edilir.

“Əvvəllər qiymət daha ucuz idi, insanlar daha çox maraq göstərirdilər. İndi işlənmiş təkərlər o qədər bahalaşıb ki, yeni təkərlərin qiymətləri ilə aralarında o qədər də fərq qalmayıb. Tövsiyəm ondan ibarətdir ki, insanlar təhlükəsizlik baxımından yeni təkərlərdən istifadə etsinlər”, – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, satıcılar işlənmiş təkərləri alıcıya elə təqdim edirlər ki, onlar düşünür ki, ikinci əl məhsul elə yenisindən yaxşıdır. Amma dərinə gedəndə görə bilərik ki, işlənmiş təkərlər hər bir halda təhlükəlidir: “Bu təkərlər təhlükəlidir, çünki alıcı cəlb etmək üçün məhsulun üzərində müxtəlif işləmələr edirlər və ən asası həmin təkərlərin istismar müddəti bitib”.

Ekspert onu da qeyd edib ki, Avropa ölkələrində avtomobil təkərlərinə qarşı xüsusi yanaşma var: “ Avropa ölkələrində təkər nə qədər getdi, o qədər istifadə etmək məsələsi yoxdur. Orada konkret qaydalar var ki, 6 aydan bir təkərlər dəyişməlidir. Amma Azərbaycanda belə bir qayda olmadığına görə, bu işi tənzimləyən qurum da yoxdur”.

Nərmin VÜQARQIZI