Keçmiş icra başçısı azadlığa buraxıldıbackend

Keçmiş icra başçısı azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

NOCOMMENT.az-ın xəbərinə görə, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik. (Qafqazinfo)