İsmayıllıda ağır qəza – Ölən varbackend

İsmayıllıda ağır qəza – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə mayın 28-i gecə saatlarında qeydə alınıb.

Belə ki, İsmayıllı rayonunun Topçu kəndi ərazisində VAZ-2107 markalı avtomobil yolun təmir hissəsində dayanan çoxtonnajlı texnikaya çırpılıb. Nəticədə VAZ-ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.