İsmayıllıda ev yandıbackend

İsmayıllıda ev yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunun Qoşakənd kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 15 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 48 m² olan talvarın altına yığılan 3 ton ot bağlamasının 60 kiloqramı yanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ot bağlamalarının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.