İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb – VİDEO – YENİLƏNİBbackend

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Dalğıclar tərəfindən süni göldə batmış 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

*****

19:00

İsmayıllı sakini evdən çıxıb və geri dönməyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İsmayıllı rayonunun Kürdmaşı kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlu dünən saat 17 radələrində yaşadığı evdən çıxıb, və yaşadığı evdən bir neçə kilometr aralıda olan gölə gedib.

İlkin məlumata əsasən o, gölə çimmək məqsədilə gedib.

Həmin vaxtdan yaxınları ondan heç bir xəbər almayıb.

Faktla bağlı araşdırma aparılır.