İspaniya-Fransa sərhədindəki meşə yanğını nəzarət altına alındıbackend

İspaniya-Fransa sərhədindəki meşə yanğını nəzarət altına alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya ilə Fransa sərhədi arasındakı dağlıq ərazidə başlayan meşə yanğınının nəzarət altına alındığı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, aprelin 16-da başlayan və Fransa sərhədinə qədər yayılan yanğın yanğınsöndürmə briqadası və Mülki Müdafiə qruplarının müdaxiləsi ilə nəzarətə götürülüb.

Məlumata görə yanğın İspaniyanın şərqindəki Kataloniya bölgəsində, Girona şəhərinin Portbou rayonunda başlayıb.

Yanğın nəzarət altına alınsa da, davam edən işlər səbəbindən bölgədəki bəzi magistral və dəmir yolları ehtiyat tədbiri olaraq müvəqqəti olaraq nəqliyyata bağlanıb.

NOCOMMENT.AZ