İspaniya parlamenti hökuməti iş həftəsini azaltmağa çağırıbbackend

İspaniya parlamenti hökuməti iş həftəsini azaltmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya parlamentinin aşağı palatası hökuməti iş həftəsinin müddətini azaltmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə parlamentin məlumatında qeyd edilib.

Qanun olmayan qətnaməni 169 deputat dəstəkləyib, 33 deputat əleyhinə çıxıb, 143 deputat isə bitərəf qalıb. Deputatlar, Nazirlər Kabinetini iş vaxtını tədricən azaltmaq üçün təcili proseslərə başlamağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl İspaniya koalisiya hökumətinin bir hissəsini təşkil edən partiyalar iş həftəsini 2024-cü ildə 38,5 saata, 2025-ci ildə isə 37,5 saata endirmək barədə razılığa gəliblər.

İşçilərin maaşlarının eyni səviyyədə qalacağı güman edilir. Həmçinin, iş vaxtının daha da azaldılması üçün bu təşəbbüsün nəticələri təhlil ediləcək.