İspaniyada 800 minə yaxın insan əməliyyat üçün növbə gözləyirbackend

İspaniyada 800 minə yaxın insan əməliyyat üçün növbə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Səhiyyə Nazirliyi ölkədə artan əməliyyat növbələri ilə bağlı son məlumatları ictimaiyyətlə paylaşdı.

NOCOMMENT.az xəbər verir ki, nazirlik 2022-ci ilin dekabrından ölkədə təxminən 800 min insanın əməliyyat üçün növbə gözlədiyini açıqlayıb.

Müvafiq olaraq, 2022-ci ilin dekabr ayında bir il əvvələ görə 86 min 781 artımla 793 min 521 nəfər əməliyyat olunmaq üçün xəstəxanalarda növbə gözləyir.

Məlumata görə, bu, indiyə qədər açıqlanan ən yüksək rəqəmdir.

Ölkədə əməliyyat üçün ortalama gözləmə müddətinin 122 gün olduğu açıqlanıb.

Qeyd edək ki, ən çox gözlənilən əməliyyatların plastik cərrahiyyə (242 gün) və neyrocərrahiyyə (203 gün) olduğu və sıxlığın daha çox Kataloniya, Əndəlüs, Madrid və Valensiya bölgələrində müşahidə edildiyi bildirilib.

NOCOMMENT.AZ