İspaniyada bu sektor rekord həddə tənəzzülə uğrayıbbackend

İspaniyada bu sektor rekord həddə tənəzzülə uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada avtomobil istehsalı və ixracatı aprel ayında tarixi minimuma enib.

NOCOMMENT.az xəbər verir ki, İspaniya Avtomobil və Yük Maşınları İstehsalçıları Asosiasiyasının (ANFAC) dərc etdirdiyi məlumata görə, bu ilin aprel ayında ixracat həcmi ötən ilin müvafiq dövrünə nisbətən 98 faiz azalaraq 3 753-dək geriləyib.

Hesabat dövründə istehsal həcmi də ötən ilin müvafiq dövrünə nisbətən 97,8 faiz azalaraq 4 844 ədəd olub. Bu ilin dörd ayı ərzində isə 652 057 avtomobil istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 33,6 faiz azdır.

Qeyd edək ki, İspaniyada yüksək hazırlıq rejimi tətbiq edildiyi mart ayının ortalarından avtomobil müəsssisələri fəaliyyəti dayandıraraq bəziləri aprel ayının sonundan qismən istehsalı bərpa ediblər.
Report