İspaniyada meymunçiçəyi virusunun genomu deşifrə edildibackend

İspaniyada meymunçiçəyi virusunun genomu deşifrə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın III Karlos Sağlamlıq İnstitutunun tədqiqatçıları ölkədə dolaşan meymunçiçəyi virusunun genomunu tamamilə deşifrə edə biliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə institutun yaydığı məlumatda deyilir.

“Tədqiqatçılar … meymunçiçəyi xəstəliyinə səbəb olan virusun 100% genom ardıcıllığının ilkin variantını əldə ediblər”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, nəticələr 23 xəstədən götürülən nümunələrin genom analizi əsasında əldə edilib. Tədqiqat təsdiqləyib ki, İspaniyada meymunçiçəyi xəstəliyinə səbəb olan virusun digərləri arasında ən az virulentlik təşkil etdiyi Qərbi Afrika ştammı olub.

Alimlər həmçinin hesab edirlər ki, ardıcıl götürülən nümunələr, görünür, digər Avropa ölkələrində aşkar edilən eyni epidemiyaya aiddir, çünki nəticədə əldə edilən genomlar digər ölkələrdə artıq deşifrə edilmiş nümunələrlə, demək olar ki, eynidir.

Tədqiqatda qeyd edilib ki, əldə edilən deşifrə variantı hazırda ən tam variantlardan biridir.