İspaniya Nazirlər Şurası Roma Papası Fransiskin vəfatı ilə əlaqədar üç günlük matəm elan etmək qərarına gəlib.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu krallığın baş nazirinin administrasiyasının rəhbəri, ədliyyə naziri Feliks Bolayos deyib.
“İspaniya hökuməti Papa Fransiskin vəfatı ilə əlaqədar üç günlük rəsmi matəm elan edəcək.
Bolaños vurğulayıb ki, Fransiskin papalığı tarixdə iz qoyacaq Katolik Kilsəsinin yenilənməsi və islah edilməsinə təkan verib.
Bundan əvvəl Avropa Şurasının sədri Antonio Kosta Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib. O xatırladıb ki, pontifikliyi dövründə Fransisk iqlim dəyişikliyi, miqrasiya və bərabərsizlik kimi bəşəriyyətin ciddi problemlərinə diqqət yetirib.