İspaniyada yanğın: 3273 hektar kül oldubackend

İspaniyada yanğın: 3273 hektar kül oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Tenerife adasında meşə yanğını tədricən genişləndiyindən indiyədək 3273 hektar ərazi külə dönüb.

NOCOMMENT.az xəbər verir ki, çərşənbə axşamı İspaniyanın Kanar adaları Tenerife adasının şimal-şərqindəki təbiət parkında başlayıb. Yanğını söndürmək mümkün olmayıb.

Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo gecə saatlarında verdiyi açıqlamada “Yanğın hələ də yayılmaqdadır. Amma bizim prioritetimiz əhalinin məskunlaşdığı əraziləri qorumaqdır. Bu, yəqin ki, Kanar adalarında ən azı son 40 ildə baş vermiş ən mürəkkəb yanğındır”, – deyib.

Klavixo ekipajların gecə-gündüz işlədiyini, lakin yanğının “nəzarətdən çıxdığını” bildirib.

Ümumilikdə 17 təyyarə, 350 yanğınsöndürən və hərbi qulluqçu ilə aparılan işlərə baxmayaraq, alov genişlənir.

İndiyə qədər 3 min 273 hektar sahə yanğında külə dönüb.

Tenerife adasında yanğın: 3273 hektar ərazi külə döndü