İspaniyada Yaxın Şərq üzrə sülh sammitini kimin dəstəklədiyini söylədilərbackend

İspaniyada Yaxın Şərq üzrə sülh sammitini kimin dəstəklədiyini söylədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Yaxın Şərqdə Fələstin-İsrail münaqişəsinin həlli üçün sülh sammitinin keçirilməsi ideyasının bir çox dünya dövlətləri tərəfindən dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, Madridin təşəbbüsü xüsusilə Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası və Aralıq dənizi İttifaqı tərəfindən bəyənilib. Bu barədə TASS məlumat yayıb.

“Biz beynəlxalq sülh konfransı ideyasını irəli sürdük, Aralıq dənizi İttifaqının bu iclasında <…> artıq Aİ Şurasında və Ərəb Dövlətləri Liqasında olduğu kimi çoxlu dəstək aldı. Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri (Faysal bin Farhan Al Saud- İslam Əməkdaşlıq Təşkilatının Sədri kimi) iki dövlətin (İsrail və Fələstin) yaradılması qərarını həyata keçirəcək Sülh Konfransı ilə bağlı bu təklifi dəstəklədiyini bildirdi”,-  Albarez izah etdi.