İspaniyadakı meşə yanğınları bu dəfə ölkənin şimalında başladıbackend

İspaniyadakı meşə yanğınları bu dəfə ölkənin şimalında başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada martın 23-də ölkənin şərqindəki Valensiya və Kataloniya bölgələrində başlayan meşə yanğınlarının nəzarət altına alındığı bir vaxtda alovlar bu dəfə şimaldakı Asturiya bölgəsində yüksəlməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, 121 nöqtədə davam edən yanğınlar səbəbindən 375 nəfər evlərindən təxliyə edilib, magistral yollar da daxil olmaqla bir çox yolun nəqliyyatın hərəkəti üçün bağlı saxlanıldığı bildirilib.

Yanğınların Asturiyanın qərbindəki Qalisiya bölgəsinə də keçdiyi açıqlanıb.

Asturias özünüidarə hökumət rəsmiləri bildiriblər ki, yanğınsöndürmə işlərində əsgərlər, jandarmlar, yanğınsöndürənlər və mülki müdafiədən ibarət 700-dən çox adam iştirak edir.

Havanın yüksək temperaturu və küləyin sürəti saatda 100 kilometri keçməsi səbəbi ilə alovun sürətlə yayıldığı bildirilir.