İspaniyalı fermerlər Fransa ilə sərhədi bağlayıbbackend

İspaniyalı fermerlər Fransa ilə sərhədi bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyalı fermerlər Fransa ilə sərhədi traktorlarla bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətindən narazıdır və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını tələb edir.

Narazı kütlə Madrid və Parisi problemi həll etmək üçün danışıqlara başlamağa, xarici istehsalçılar üçün idxal qaydalarını dəyişdirməyə çağırıblar.

Xatırladaq ki, aksiya fransalı fermerlərin iştirakı ilə “Kəndli üsyanı” qrupunun təşəbbüsünə əsasən başlayıb. Blokada Bask bölgəsindən Kataloniyaya qədər bütün sərhəd keçid məntəqələrini əhatə edir. Fiqueresdən gələn 40-a yaxın traktor hələ sabah da magistral yolda qalacaq.