Bu yaxınlarda Fələstini ölkə kimi tanıyan İspaniyanın Baş naziri Pedro Sançes bütün Avropa ölkələrini onlara qoşulmağa çağırıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes bu sözləri paytaxt Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə təşkil etdiyi mətbuat konfransında deyib.
O əvəlcə Türkiyə ilə ölkəsi arasındakı siyasi və isqtisadi əlaqələrdən danışaraq iki ölkə arasındakı əlaqələrin mükəmməl olduğunu deyib.
Fələstinin tanınmasının bölgədə daimi sülhə nail olmaq üçün yeganə həll yolunun olduğunu vurğulayan Sançez, Norveç və İrlandiyanın Fələstin dövlətini tanımağa qərar verdiyini, daha sonra Sloveniyanın da onlara qoşulduğunu xatırladaraq, “Digər Avropa ölkələrini Fələstini tanımağa çağırırıq. Yeganə çıxış yolu budur. Beynəlxalq ictimaiyyətin də bu məsələdə addım atmasına ehtiyac var” – deyib.