İspaniyanın Baş naziri Pedro Sançez Avropada ifrat sağçı hərəkatların güclənməsindən narahatlığını bildirib və faşizmi qitənin üçüncü siyasi qüvvəsi adlandırıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Franko bunu paytaxt Madriddə Reyna Sofiya Muzeyində keçirilən tədbirdə çıxış edərkən deyib.
“Geridə qaldığını düşündüyümüz faşizm indi Avropanın üçüncü siyasi qüvvəsidir”, – hökümət başçısı qeyd edib.
Baş nazir İspaniyanın diktaturadan demokratiyaya qədər uzun bir yol keçdiyini vurğulayıb və bildirib ki, mövcud vəziyyət azadlıqların daha çox müdafiəsini tələb edir.