İspaniyanın meteoroloji xidməti Valensiyadakı “meteoroloji böhranın” sona çatdığını açıqlayıbbackend

İspaniyanın meteoroloji xidməti Valensiyadakı “meteoroloji böhranın” sona çatdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Dövlət Meteorologiya İdarəsi ölkənin şərqindəki Valensiya muxtar bölgəsində 200-dən çox insanın ölümünə səbəb olan “meteoroloji böhran”ın sona çatdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə agentliyin “X” sosial şəbəkəsində dərc olunan məlumatında deyilir.

“Əziz valensiyalılar, biz hava böhranının bitdiyini elan edə bilərik”, – məlumatda bildirilir.

Xatırladaq ki, oktyabrın 29-da ispaniyalı meteoroloqlar güclü yağışlarla əlaqədar ölkənin müxtəlif bölgələrində əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Son məlumatlara görə, İspaniyanın müxtəlif bölgələrində daşqınlar nəticəsində 217 nəfər, o cümlədən Valensiyada 200-dən çox insan həlak olub.