Fələstinin HƏMAS hərəkatı fevralın 15-dək girovları azad etməsə, Qəzza zolağında döyüşlər bərpa olunacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, müvafiq bəyanatla İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.
“HƏMAS oğurlanan israilliləri azad etməsə cəhənnəm qapıları onların üzünə açılacaq”, – nazir qeyd edib.