İsrail 25 fələstinlini həbs edibbackend

İsrail 25 fələstinlini həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Əsirlər Dərnəyindən verilən yazılı açıqlamaya görə, İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın ediblər.

NOCOMMENT xəbər verir ki, əsgərlər 14-ü Nablusdan olan 25 fələstinlini saxlayıb.

İsrail tərəfindən həbslərlə bağlı heç bir açıqlama verilməyib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verir.