İsrail: 9 Maydan bəri Qəzzada 371 hədəfi vurduqbackend

İsrail: 9 Maydan bəri Qəzzada 371 hədəfi vurduq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu mayın 9-da Qəzzaya hücuma başladıqdan sonra 371 hədəfi vurduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusundan yazılı açıqlama verilib.

Açıqlamada fələstinli qrupların bu müddət ərzində Qəzzadan İsrail tərəfinə 1234 raket atdığı qeyd edilib.

Qeyd edək ki, mayın 9-da İsrail ordusu İslami Cihad Hərəkatının icraçı heyətini hədəf aldığını əsas gətirərək, mühasirədə olan Qəzzaya hücum edib.

İsrailin hücumlarında indiyədək 6-sı uşaq, 3-ü qadın olmaqla 33 fələstinli həyatını itirib, 32-si uşaq, 17-si qadın olmaqla 93 fələstinli yaralanıb.

NOCOMMENT.AZ