İsrail ABŞ-ın şərtləri ilə məhbusların dəyişdirilməsinə razılıq veribbackend

İsrail ABŞ-ın şərtləri ilə məhbusların dəyişdirilməsinə razılıq verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Fələstinin HƏMAS hərəkatı tərəfindən əsir götürülən israilli girovlarla fələstinli əsirlərin dəyişdirilməsi üçün ABŞ-ın təklif etdiyi şərtlərlə razılaşır və bununla bağlı HƏMAS-ın cavabını gözləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrail Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burnsun irəli sürdüyü təkliflə razılaşıb. ABŞ-ın təklifi İsrailin HƏMASdan olan 40 israilli girov müqabilində 700-ə yaxın fələstinli məhbusu azad etməyi nəzərdə tutur.

Mənbənin sözlərinə görə, Qəzza zolağına humanitar yardımın çatdırılması və anklavda İsrail hərbçilərinin yerləşdirilməsi də daxil olmaqla, digər məsələlər üzrə hələlik razılıq əldə olunmayıb.