İsrail Qəzzada mülki vətəndaşlar üçün təhlükəsiz olduğu müəyyən edilən ərazilərdə ABŞ-ın verdiyi, təxminən 1 ton ağırlığında, yüksək dağıdıcı gücə malik yüzlərlə MK-84 bombasından istifadə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın “New York Times” qəzeti və CNN televiziyası məlumat yayıb.
Görüntüləri skan edən süni intellekt vasitəsi sayəsində bölgədəki diametri 12 metrdən böyük olan bomba kraterlərini araşdırıb.
Sursat mütəxəssisləri Qəzzanın yüngül qumlu torpaqlarında adətən yalnız 2000 kiloluq bombaların bu ölçüdə kraterlər yaratdığını bildirərkən, skanlar nəticəsində peyk və dron görüntülərindən 208 krater aşkar edilib. Bununla belə, məhdud peyk şəkilləri və bombanın təsirindəki fərqlər səbəbindən aşkarlana bilməyən daha çox krater ola biləcəyi də qeyd edilib.
Nəticədə İsrailin Qəzzanın cənubunda mülki şəxslər üçün təhlükəsiz olaraq təyin olunan ərazilərdə təxminən 1 ton ağırlığında MK-84 bombalarından istifadə etdiyi müəyyən edilib.