İsrail alimləri cavanlaşmağın yolunu tapdıbackend

İsrail alimləri cavanlaşmağın yolunu tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hayfadakı Rambam Tibb Kampusunun və Texnion Texnologiya İnstitutunun israilli alimləri 20 illik araşdırmalardan sonra insan dərisini cavanlaşdırmağın yolunu tapıblar.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, bu mövzuda elmi məqalə “Science Advances” jurnalında dərc olunub. Alimlər bu məqsədlə siçanlardan istifadə ediblər. Təcrübə çərçivəsində tədqiqatçılar ağır birləşmiş immun çatışmazlığı (SCID) olan gənc siçanlara dəri transplantasiyası köçürüblər. Alimlərin qeyd etdiyi kimi, bu proses yeni damarların böyüməsi, dərinin xarici təbəqəsinin repiqmentasiyası və qocalma ilə əlaqəli həyati biomarkerlərin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə müşayiət olunub.

Bununla belə, mütəxəssislər qeyd ediblər ki, dərinin cavanlaşdırılması sahəsində irəliləyişlərə baxmayaraq, qocalma prosesini tamamilə dayandıracaq vasitə hələ icad olunmayıb.
publika.az