İsrail aviaşirkəti Qazaxıstan faciəsindən sonra Moskvaya uçuşları dayandırıbbackend

İsrail aviaşirkəti Qazaxıstan faciəsindən sonra Moskvaya uçuşları dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin “El Al” aviaşirkəti Qazaxıstanın Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra Tel-Əviv-Moskva aviareyslərini müvəqqəti dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “9-cu Kanal”a şirkətin mətbuat xidməti məlumat verib.

“Rusiya hava məkanında baş verən hadisələrlə əlaqədar “El Al” Hava Yolları Təl-Əviv-Moskva marşrutu üzrə bütün uçuşları dayandırır”, – bəyanatda deyilir.

Şirkət aydınlaşdırıb ki, onlar vəziyyəti 7 gün ərzində yenidən qiymətləndirəcəklər, bundan sonra hava səfərlərinin bərpası ilə bağlı qərar verəcəklər.