NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövlətinin azad ediləcək girovların adlarının ilkin siyahısını aldığını təsdiqləyib.
Ofisin açıqlamasında deyildiyi kimi, məsul məmurlar “siyahının təfərrüatlarını yoxlayır və hazırda bütün ailələrlə əlaqə saxlayır”.
Noyabrın 23-də İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib ki, İsrail ilə Fələstinin Həmas hərəkatı arasında girovların mübadiləsi “3-ə 1” düsturuna əsasən həyata keçiriləcək.
Bundan əvvəl “Wall Street Journal” Amerika və Misir rəsmilərinə istinadən yazıb ki, İsrail və HƏMAS arasında atəşkəsin başlanmasının ləngiməsi Fələstin hərəkatının siyahılarındakı məhbuslarla bağlı məlumatların tam olmaması ilə bağlıdır.