İsrail Bakıdan İrana TƏPİNDİ – ŞOK DETALLARbackend

İsrail Bakıdan İrana TƏPİNDİ – ŞOK DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycana 40 nəfərlik heyətlə gəlmişik. Biz Azərbaycana investisiya yatırmaq istəyirik. Azərbaycan etibarlı ölkədir və tərəfdaşdır”.

Bunu İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.

İsrai XİN başçısı İranla bağlı danışarkən deyib ki, regionun təhlükəsizliyi üçün lazımi tədbirlər görülməlidir:

“İran öz xalqına qarşı repressiya keçirir. Öz xalqına belə davranan rejimə kütləvi qırğın silahı əldə etməyə imkan vermək olmaz”.

Gideon Saar eyni zamanda ölkəmizi Ermənistanla əldə olunan sülh prosesi münasibətilə təbrik edib:

“İsrail Prezident İlham Əliyevə dost münasibətinə görə təşəkkür edir. Cənab nazir Ceyhun Bayramova da dostyana münasibətinə görə təşəkkür edirəm və sizi İsrailə səfərə dəvət edirəm”.

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətullanın sözlərinə görə, İsrailin İranla konfliktdə olması bəllidir:

“Eyni zamanda İsraillə müttəfiq olan Azərbaycan qonşu dövlətlə dostluq və əməkdaşlıq niyyətindədir. Azərbaycan birbaşa münaqişənin tərəfi olmasa da, coğrafi və geosiyasi baxımdan onun təhlükəsizlik, enerji ixracı, diplomatik balans və regional sabitlik kontekstində ciddi təsirlərlə üzləşmək ehtimalı var”.

Siyasi şərhçi qeyd edib ki, İsrail və İran arasında açıq müharibə başlasa və ya İran region ölkələrini “İsrailin müttəfiqləri” kimi hədəfə almağa başlasa, Azərbaycan təzyiq zonasında qala bilər:

“Azərbaycan həm İsrail, həm də İranla strateji münasibətlərə malikdir. İsraillə müdafiə və texnologiya sahəsində sıx əməkdaşlıq mövcuddur, İranla isə 765 kilometrlik sərhəd, şiə dini kimliyi və regional balans səbəbilə həssas münasibət saxlanılır. Bu vəziyyət Bakı üçün diplomatik manevr imkanlarını daraldır.

Bu bir reallıqdır ki, müharibə vəziyyətində olan istənilən ölkə özünə beynəlxalq tərəfdaş axtarmağa çalışır. Bu baxımdan Azərbaycanın beynəlxalq platformalarda münaqişə dövründə hansı ölkəyə dəstək vermək məsələsi Bakı üçün çətinlik yaradacaq. Ancaq hesab edirəm ki, indiki halda Azərbaycanın ortaya qoyduğu mövqe daha səmərəli, hər iki tərəf üçün uyğundur. Azərbaycan İran-İsrail qarşıdurmasının diplomatik yolla, danışıqlar vasitəsilə həllinin tərəfdarıdır”.