İsrail Baş Qərargah rəisi humanitar fasilədən sonra Qəzzaya hücumu təsdiqlədibackend

İsrail Baş Qərargah rəisi humanitar fasilədən sonra Qəzzaya hücumu təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş Qərargah rəisi Herzi Halevinin “humanitar fasilə”dən sonra blokadada olan Qəzza zolağına qarşı hücum planını təsdiqlədiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, ordudan verilən açıqlamada Halevinin Cənub Komandanlığını ziyarət etdiyi bildirilib.

Burada yüksək səviyyəli komandirlərlə görüşən Halevinin 24 noyabrda başlayan “humanitar fasilə”dən sonra Qəzzaya qarşı hücum planını təsdiqlədiyi bildirilib.

Halevinin buradakı çıxışında “Biz nə edilməsi lazım olduğunu bilirik və növbəti mərhələyə hazırıq” dediyi qeyd edilib.