İsrail bir həftə ərzində “Hizbullah”ın raketlərinin təxminən yarısını məhv edibbackend

İsrail bir həftə ərzində “Hizbullah”ın raketlərinin təxminən yarısını məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri bir həftə ərzində şiə “Hizbullah” hərəkatının raketlərinin demək olar ki yarısını məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edir ki, “İsrailin bir həftəlik hərbi əməliyyatları, bəzi İsrail hesablamalarına görə, onun nəhəng raket arsenalının demək olar ki, yarısının məhv edilməsinə səbəb olub”.

“Politico”nun məlumatına görə, İsrail xəbərdarlıq edib ki, “Hizbullah” bütün qüvvələrini Litani çayının şimalından, İsrail-Livan sərhədindən 18 kilometr uzaqlığa çəkməsə, İDF qurudan hücuma keçəcək.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatına” başladığını elan edib.