İsrail BMT əməkdaşlarını HƏMAS ilə əlaqədə ittiham edibbackend

İsrail BMT əməkdaşlarını HƏMAS ilə əlaqədə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşlarını Fələstinin HƏMAS hərəkatı ilə əməkdaşlıqda ittiham edən dosyeni ABŞ-a təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti yazır.

BMT-nin 10 işçisi İsrail əsgərlərinin qaçırılmasında və HƏMAS-a sursatların çatdırılmasında şərik olmaqda ittiham olunur.

Nəşrin məlumatına görə, Amerika rəsmiləri iddiaları UNRWA-ya yardımın dayandırılmasını əsaslandırmaq üçün kifayət qədər etibarlı hesab etdiklərini deyirlər.

Bundan əvvəl Böyük Britaniya, Fransa və Finlandiya BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın fəaliyyətlərində iştirakı ilə bağlı xəbərlər fonunda UNRWA-nın maliyyələşdirilməsini dayandırmaq qərarına gəliblər.